"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel koronavirusa yoluxub.
Sportnet.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı sürücü bu səbəbdən martın 20-də mövsümün ilk yarışı hesab edilən Bəhreyn Qran-prisini buraxacaq.
4 qat dünya çempionunu almaniyalı həmyerlisi Niko Hülkenberq əvəzləyəcək.
Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.