Qazaxıstan 2027-ci ildə ilk dəfə olaraq ISU-nun Dörd Qitə Fiqurlu Konkisürmə Çempionatına ev sahibliyi edəcək.
Sportnet.az Beynəlxalq Konkisürmə İttifaqının (ISU) saytına istinadən xəbər verir ki, yarışlar l fevralın 9-dan 14-dək Astanada keçiriləcək.
ISU-nun prezidenti Kim Çje Yol bildirib ki, çempionatın ilk dəfə Qazaxıstanda təşkili Mərkəzi Asiyada fiqurlu konkisürmənin inkişafı baxımından mühüm hadisədir.
“Qazaxıstanda fiqurlu konkisürməyə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Əminik ki, Astana idmançılar, azarkeşlər və tədbirin bütün iştirakçıları üçün yüksək səviyyəli ev sahibi olacaq”, – deyə o vurğulayıb.






































































