
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva ilə "Qəbələ"dən ayrılan Daniel Subotiç eyni komandada çıxış edəcəklər. Sportnet.az-ın məlumatına görə, hər iki oyunçu Küveytin "Qadsia" klubu ilə müqavilə bağlayıb.
Onların keçidinə tanınmış rumıniyalı menecer Anamaria Prodan yardımçı olub.
Qeyd edək ki, Alvaro Silva 2013-cü ilin yanvarından bu ilin iyununadək "Xəzər Lənkəran"da çıxış edib. Daniel Subotiç isə son bir ildə "Qəbələ"nin şərəfini qoruyub.