Bakının Pirşağı qəsəbəsindəki "Həyat" İstirahət Mərkəzində çimərlik voleybolu üzrə "Baku Masters" Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, müxtəlif ölkələrdən 16 kişi və qadın komandasının iştirakı ilə təşkil olunan nüfuzlu yarışın mükafat fondu üst-üstə 50 min avrodur.
Azərbaycanı həm kişilər, həm də qadınların mübarizəsində 2 komanda təmsil edir. Kişilərdən ibarət yığmamızda Bernardo Vermelinger Romano - Leonid Qritsay və Melton Moyzes Santos Merkes - Artyom Fyodorov, qadın millimizdə Yuliya Kərimova - Rakel Qonsalves Ferreyra və Vivian Daniella De Kanseysao Kunya - Zinaida Lyubimova cütlükləri yer alıb.
Onların heç biri təsnifat mərhələsini aşa bilməyib. Amma xüsusən, ölkəmizi təmsil edən zərif cinsin nümayəndələri cəlbedici görünüşləri və çıxışları ilə öz həmcinslərindən geri qalmayıblar.
Sportnet.az çimərlik voleybolçularımızın oyunlarından görüntülərini təqdim edir...