![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739275829_1.jpg)
Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.