![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739439577_tr.jpg)
Birləşmiş Ərəb Əmirliklərində taekvondo üzrə G2 kateqoriyasında "Fujairah Open" beynəlxalq turniri keçirilir.
Sportnet.az xəbər verir ki, yarışda iştirak edən yeniyetmələrdən ibarət milli komanda 6 medal qazanıb.
Yığmanın üzvlərindən Elmira Bayrak (41kq) və Fuad Həsənov (+65 kq) qızıl, Fidan Muxtarzadə (29 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, "Fujairah Open" turnirinə bu gün yekun vurulacaq.