
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Hidayət Heydərovla Zelim Kotsoyev mükafatlandırıblar.
Sportnet.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medal sahibləri Tata OTC cüdo düşərgəsinin açılış mərasimində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təltif olunublar.
EJU-nun prezidenti Laslo Tot qurumun adından azərbaycanlı cüdoçulara xatirə lövhəsi verib.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə də EJU tərəfindən mükafat verilib.
Qeyd edək ki, Paris-2024-də Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev isə 100 kq çəki dərəcəsində olimpiya çempionu olub.