
Ukrayna boks çempionu Maksim Zineviç antidopinq qaydalarını pozduğuna görə 10 illik diskvalifikasiya edilib.
Sportnet.az Milli antidopinq agentliyinə istinadən xəbər verir ki, boksçunun dopinq analizində ostarin və ligandrol maddələri aşkar olunub.
İdmançının diskvalifikasiyası 30 aprel 2025-ci ildən etibarən hesablanır.
Qeyd edək ki, bu ilin mart ayında Zineviç 75 kq çəki dərəcəsində ölkə çempionatını qazanmışdı.