
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma oktyabrın 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.
Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb edib.
Türkiyə millisi ilə birlikdə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.