Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.
Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıb.