1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"İndi əsas məqsədim azərbaycanlı döyüşçüyə qalib gəlməkdir"
Azərbaycanı və "Qəbələ"ni MMA döyüşlərində təmsil edən Nəriman Abbasovun rəqibi dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, idmançımızın rəqibi olan İqor Yeqorov zədələndiyindən mübarizədən kənarda qalıb.
Belə olan halda, Abbasov fevralın 26-da Moskvada, "Lujniki"də baş tutacaq "Fight Night Global 44" turniri çərçivəsində digər rusiyalı idmançı Nikolay Qaponovla döyüşəcək. Nikolayın rəqibi isə turnirdən çıxan Vasili Taxtay olmalı idi.
Qaponov Rusiya mətbuatına açıqlamasında rəqiblərini müqayisə edib və Nərimana qalib gəlmək iddiasını nümayiş etdirib: "Taxtayla Abbasovun fərqi təcrübədədir. Fikrimcə, mənə hər bir rəqiblə çətin olardı. Çünki bu turnirdə sıradan döyüşçülər yoxdur. "Qran-pri” irəliyə doğru böyük addımdır. Mən özümü çox nümayiş etdirmək, ciddi rəqiblərlə döyüşə bildiyimi göstərmək istəyirəm. Nərimanla qarşıdakı döyüşə konsentrasiya olmuşam. İndi əsas məqsədim Abbasova qalib gəlməkdir”.
Bu, Abbasovun 11-ci döyüşü olacaq. 22 yaşlı idmançı əvvəlki 10 qarşılaşmanın 8-də qələbə qazanıb, 2-də uduzub. O, pankration üzrə Azərbaycan çempionu, free-fight üzrə Heydər Əliyev turnirinin çempionu, free-fight üzrə Azərbaycan kubokunun qalibi, kempo üzrə Azərbaycan çempionudur.