İyulun 25-də Heydər Əliyevin xatirəsinə Bakıda start götürəcək güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində 39 ölkə iştirakını təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, bunu sərbəst güləş yığmamızın açıq məşqini izləyən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.
O bildirib ki, "Qızıl Qran Pri" Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlardan biridir: "Artıq ölkəmizdə 7-ci dəfə keçirilən və ənənə halını alan bu yarış 2016-cı ilədək FİLA tərəfindən müqavilə üzrə ölkəmizə həvalə edilib. Deyərdim ki, bu turnir Olimpiya Oyunları səviyyəsində yüksək dərəcədə təşkil olunur. "Qızıl Qran Pri"də çox güclü idmançılar yarışacaqlar. Federasiyamızın rəhbərliyi uğurlu nəticə qazananlara yüksək məbləğdə pul mükafatı ayırıb".
Qeyd edək ki, sərbəst güləş millimiz hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda isə təlim-məşq toplanışı paytaxtda, Olimpiya Güləş Mərkəzində davam etdirilir. Hazırlıq prosesində ABŞ-ın sərbəst güləşçiləri də iştirak edir. 3 gün davam edəcək "Qızıl Qran Pri"də 400-dək güləşçi mübarizə aparacaq.

Bu məşqlər, eyni zamanda, sentyabrda Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Sərbəst güləş yığmamızın üzvü Hacı Əliyev də yarışlar ərəfəsində media nümayəndələrinin suallarını cavablandırıb: "Hazırlıqlar yaxşı keçir. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Komandada ümumi ab-hava yüksək səviyyədədir. "Qızıl Qran Pri"yə ciddi hazırlaşmışıq. Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək və yarışda uğur qazanacağıq”.