1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamız üçün Dünya Kuboku bitdi
Azərbaycanın yunan-Roma güləşçilərindən ibarət yığma komandası İranın Şiraz şəhərində keçirilən böyüklər arasında Dünya Kubokunda iştirakını başa vurub. Sportnet.az-ın məlumatına görə, böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında çıxış edən yığma 6-cı yerlə kifayətlənib.
B qrupunun ilk görüşündə Türkiyəyə 3:5 hesabı ilə məğlub olan yığma komanda ardınca ev sahibi İranla da bacarmayıb - 1:7. Azərbaycan güləşçiləri qrup mərhələsinin sonuncu görüşündə Ukraynaya 5:3 hesabı ilə qalib gəlib.
5-ci yer uğrunda görüşdə isə Azərbaycan və Belarus güləşçiləri yarışıb. Ümumi hesab bərabər olsa da hakimlərin seçiminə əsasən Belarus yığması turniri 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışda Azərbaycanın yunan-Roma güləşçiləri Dünya Kubokunu Bakıya gətirib.