1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçumuz lisenziyanın bir addımlığında dayandı
Azərbaycan boksçusu Kamran Şahsuvarlı Bakıda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində 1/4 final döyüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsindəki rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub.
İlk 2 raundda hakimlər O Rillini, sonuncuda isə Şahsuvarlını üstün sayıb. Yekun nəticədə isə Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Azərbaycan boksçusu olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı 5-ci pillədə başa vuracaq və reqlamentə əsasən, "Rio-2016"ya vəsiqə qazanacaq.
Bu gün rinqə daha bir azərbaycanlı idmançı, 81 kq-da döyüşən Teymur Məmmədov da çıxacaq. "Bakı 2015"in qalibi 1/4 finalda mərakeşli Hassan Saadla qarşılaşacaq.
İyunun 24-də isə 49 kq çəkidə yer alan Rüfət Hüseynov meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda qarşılaşacaq. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya vəsiqə əldə edəcək.
Azərbaycan bugünədək Rio-2016-ya boks növündə 8 lisenziya qazanıb. Onlardan 7-si kişi, 1-i qadın dəri əlcək ustalarının payına düşür.
Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.