Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.
Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub.
48 kq
1/8 final - Gülcahan Hacıyeva - Evelin del Carmen Sosa (ARG) 4:7
55 kq
Təsəlliverici görüş - Olena Kremzer (UKR) - Şəbnəm Əhmədova 6:0
1/8 final - Şəbnəm Əhmədova - Mayu Mukaida (JPN) 0:10
1/16 final - Şəbnəm Əhmədova - Madalina Ioana Caia (ROU) 6:5