1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizə dünya çempionatının qızıl medalları təqdim olundu
Bakıda keçirilən taekvondo üzrə komandalararası dünya çempionatının mükafatlandırma mərasimi olub. Sportnet.az-ın məlumatına görə, kişi yığmaları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mükafatlandırıb.
Qadınlara mükafatları Ümumdünya Taekvondo Federasiyasının (WTF) rəhbəri Çunqvon Ço, qarışıq komandalara isə WTF-nın İdarə Heyətinin üzvü Mətin Şahin təqdim edib.
Kişilərin mübarizəsində qızıl medallara milli komandamız sahib çıxıb. Gümüş mükafata Cənubi Koreya, bürünc medallara isə Türkiyə və Belçika milliləri yiyələnib.
Qadınların yarışında çempion Çin, gümüş medalçı Cənubi Koreya yığması olub. Bürünc medalları isə Türkiyə və Rusiya milliləri qazanıb.
Qarışıq komandalar arasında Cənubi Koreya yığması qızıl medalçı olub. Rusiya gümüş, Belçika və ABŞ milliləri bürünc mükafata sahib olub.