"Sun Mi Park qadınlardan ibarət yığma komandanın baş məşqçi vəzifəsinə təyin olduğu andan yüksək məhsuldarlıq göstərərək böyük nailiyyətlərə imza atıb". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
N.Səfərov cənubi koreyalı məşqçinin qadınlardan ibarət yığma komandanın gedişinə münasibət bildirib: "Son Olimpiya Oyunlarında S.M.Parkın yetirməsi olan Patimat Abakarova, yarışların bürünc medalına sahib olaraq Azərbaycan Taekvondo Federasiyasının tarixinə adını qızıl hərflərlə yazdırması buna bariz nümunədir. Onun fəaliyyəti dövründə ATF ilə heç bir problemi olmayıb. Sadəcə olaraq daha yaxşı iş təklifi aldığına görə onunla müqaviləmizi uzatmamağı qərara aldıq”.
Qeyd edək ki, Sun Mi Parkla yollar ayrıldıqdan sonra yığma komanda Elnur Amanova tapşırılıb.