İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığma komandası Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B qrupunda mübarizə aparır.
Millimiz ilk 2 görüşünü eynihesablı qələbə ilə başa vurub. Komandamız əvvəlcə Türkiyəyə, sonra isə Belarusa 5:3 hesabı ilə qalib gəlib. Digər görüşlərdə Ukraynaya Türkiyəyə 3:5 hesabı ilə uduzduğu halda, Belarusu 6:2 hesabı ilə yenib. Hazırda qrup lideri olan millimiz sabah Ukraynanı da yenməyi bacarsa, finala vəsiqə qazanacaq. Görüş saat 9:30-da başlanacaq.
Azərbaycan - Türkiyə 5:3
59 kq. Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe
66 kq. Kamran Məmmədov - Atakan Yüksel 2:6
71 kq. Həsən Əliyev - İ. Sönmez 1*:1
75 kq. Elvin Mürsəliyev - Emrah Kuş 3:1
80 kq. Rafiq Hüseynov - Aslan Atem 2:4
85 kq. İslam Abbasov - Metehan Başar 7:0
98 kq. Orxan Nuriyev - Cenk İldem 3:1
130 kq. Sabah Şəriəti - Ali Nail Arslan 2:0
AZƏRBAYCAN - Belarus 5:3
59 kq. Taleh Məmmədov - Maksim Kajarski 1:2
66 kq. Nofəl Babayev - Yaraslav Kardaş 8:0
71 kq. Həsən Əliyev - Pavel Liax 9:0
75 kq. Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2
80 kq. Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0
85 kq. İslam Abbasov - Mikalai Stadub 3:0
98 kq. Orxan Nuriyev - Yahor Yaskavets 7:8
130 kq. Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5
Qeyd edək ki, A qrupunda ilk turda Rusiya Qazaxıstanı 8:0, İran Almaniyanı 7:1, ikinci turda isə Rusiya İranı 5:3, Almaniya Qazaxıstanı 6:2 hesabı ilə yenib. Sonuncu turda Almaniya Rusiya ilə, İran Qazaxıstanla qarşılaşacaq. Qrup qalibləri finalda, 2-ci yerin sahibləri bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.