İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku başa çatıb.
Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna ilə B qrupunda mübarizə aparıb.
Qrupda keçirilən görüşlərdə komandamız ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəlib.
Finalda rəqib digər qrupun birincisi Rusiya olub. Gərgin keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız Dünya Kubokunun gümüş medallarına yiyələnib.
Dünya Kuboku
FİNAL
Rusiya - AZƏRBAYCAN 5:3
59 kq. Minqiyan Semyonov - Taleh Məmmədov 9:2
66 kq. Artem Surkov - Nofəl Babayev 8:0
71 kq. Abuyazid Mantsiqov - Rəsul Çunayev 1:2
75 kq. Roman Vlasov - Elvin Mürsəliyev 2:1
80 kq. Adlan Akiyev - Rafiq Hüseynov 1:1*
85 kq. Davit Çakvetadze - İslam Abbasov 1*:1
98 kq. Maksim Safaryan - Orxan Nuriyev 0:3
130 kq. Sergey Semyonov - Sabah Şəriəti 1*:1
Xatırladaq ki, Azərbaycan millisi 2015-ci ildə Dünya Kubokunun sahibi olub.
-------------------------------------------------------------------
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Akif Əliyevin baş məşqçi əvəzi olduğu kollektiv B qrupundakı son görüşündə Ukraynanı məğlub edib - 5:3.
Yığmanın heyətində Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərindən güclü olublar. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlubiyyətlə üzləşiblər. Bunadək Azərbaycan yığması Türkiyə və Belarusu da eyni hesabla üstələyib.
Qeyd edək ki, finalda Azərbaycanın rəqibi digər yarımqrupun qalibi Rusiya olacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.