
Cənubi Koreyanın Miju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bürünc medala sahib olub.
O, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə 5:6 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi Milad Beigi Harçeqani də yarımfinala yüksəlib. Finala gedən yolda onu rəqibi Moldova təmsilçisi Aaron Kuk olacaq.