Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində təşkil olunan Qran-pri turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medal qazanıblar.
Azərbaycan Milli Karate Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Fərid Ağayevlə (52 kq) Fidan Dadaşova (47 kq) çempion olub. Tale Yaqubov (63 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, yanvarın 14-dək davam edəcək Qran-pri turniri fevralda Rusiyada keçiriləcək Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.