1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İkiqat olimpiya çempionu azyaşlı ilə seksə görə ömürlük cəzalandı
Taekvondo üzrə ikiqat olimpiya çempionu Stiven Lopes bütün yarışlardan ömürlük kənarlaşdırılıb.
Sportnet.az-ın "Houston Chonicle" nəşrinə istinadən məlumatına görə, bu barədə qərarı idmanda etika və intizam məsələləri ilə məşğul olan "U.S. Center for SafeSport" agentliyi çıxarıb.
Səbəb kimi Lopesin yetkinlik yaşına çatmayan qızla əlaqələri göstərilib. Araşdırma ilə müəyyən edilib ki, amerikalı taekvondoçu 2000-ci ildə qonşuluqdakı ailəvi dostunun 14 yaşlı qızı ilə cinsi əlaqəyə girib.
Qeyd edək ki, Stiven Lopes 2000 - 2016-cı illərdə ardıcıl 5 olimpiadaya qatılıb. O, 2000-ci il Sidney və 2004-cü il Afina olimpiadalarında qızıl, 2008-ci il Pekin Oyunlarında isə bürünc medal qazanıb.