İspaniyanın paytaxtı Madriddəki dünya çempionatında Azərbaycanın karate üzrə kişilərdən ibarət komandası kumite yarışında finala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, yığma yarımfinalda Türkiyəyə uduzub. Heyət üzvlərindən yalnız Pənah Abdullayev görüşünü qələbə ilə başa vurub - 5:2. Rafiz Həsənov 0:0, Rafael Ağayev 2:2 hesablı heç-heçə etdikləri halda, Asiman Qurbanlı 0:2, Şahin Atamov 0:8 hesabı ilə uduzub. Bunadək yığma İspaniyaya və Misirə 3:1, Belarusa 2:0 hesabı ilə qalib gəlib. Bürünc medal görüşü noyabrın 11-də keçiriləcək.
Qeyd edək ki, fərdi yarışlarda İrina Zaretska (68 kq) noyabrın 10-da böyüklər arasında, Sahib Əhədov isə para-karateçilərin yarışında finala yüksəlib, Rafael Ağayev (75 kq) medal kolleksiyasında çatışmayan dünya çempionatının bürünc mükafatı uğrunda döyüşəcək.






































































