Azərbaycanın gənc sərbəst və qadın güləşçiləri Türkiyənin Antalya şəhərində "Çempionlar" turnirinə qatılacaq.
Sportnet.az xəbər verir ki, aprelin 18-də start götürəcək ənənəvi yarışda sərbəst güləşçilər yığmanın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Abil İbrahimovun rəhbərliyi altında çıxış edəcəklər. Heyətə Azər Əhmədov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Vahid Əlizadə (hər ikisi 65 kq), Əşrəf Aşurov, Elmar Kazımov (hər ikisi 70 kq), Nəsib İsayev, Nadir Hacıyev (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mayılov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əliyev (97 kq) və İslam Abuyev (125 kq) daxil edilib.
Qadınların yarışında isə böyük məşqçi Həsrət Məmmədyarovun tapşırıqlarını Sevinc Əhədova, Yasəmən Məcidli (hər ikisi 50 kq), Ayşən Yusifova (53 kq), Birgül Sultanova (57 kq), Ceyla Nağızadə (65 kq) və Jalə Əliyeva (68 kq) yerinə yetirməyə çalışacaq.
Qeyd edək ki, dörd gün davam edəcək "Çempionlar" turnirində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.