
"Çox sevincliyəm. Çempion olacağıma inanmırdım. Yarış çox ağır keçdi. Buna baxmayaraq qızıl medal qazana bildim".
Sportnet.az xəbər verir ki, bunu Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanan Hüseyn Məmmədov jurnalistlərə açıqlamasında söyləyib.
90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı deyib ki, əvvəlcədən EYOF-da gümüş və ya bürünc medal qazanacağına ümid edib: "Qızıl medal əldə edəcəyimi heç gözləmirdim. Özümə inanmım yox idi. Amma qalib gəldim. Rəqiblə əvvəl də görüşmüşəm. Bir-birimizi yaxşı tanıyırıq".
H.Məmmədov qarşıdakı hədəflərindən də söz açıb: "Sentyabrda dünya çempionatı olacaq. Həmin yarışa hazırlaşacağıq. Məqsədimiz yenə çempion olmaqdır".