Rusiyalı döyüşçü Eldar Eldarov "Brave" turnirində braziliyalı Leonardo Mafro ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, "WOW Arena"da təşkil olunmuş qarşılaşma Eldarovun texniki qələbəsi ilə yekunlaşıb. Həkimlər Mafronu ikinci raunda buraxmayıblar. Rusiyalı idmançı superyüngül çəkidə "Brave" çempionu titulunu qoruyub.
Hazırda 29 yaşlı idmançının aktivində MMA-da 13 qələbə və 1 məğlubiyyət var. 31 yaşlı Mafro isə döyüşlərindən 15 qələbə, 6 məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, milliyyətcə avar olan Eldar Eldarov Bəhreyndə yaşayır.