
Azərbaycanın daha 2 sərbəst güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda finala çıxıb.
Sportnet.az-ın məlumatına görə, 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq-dakı Cəbrayıl Hacıyev qızıl medal görüşlərinə çıxacaq.
1/8 finalda Macarıstan təmsilçisi Rişard Vilhelmə qalib gələb Qvarzatilov növbəti raundda ukraynalı Kamil Kərimovdan güclü olub. Final yolunda İkramcan Hacımuradovu (Qırğızıstan) üstələyən güləşçi həlledici görüşdə digər Ukrayna idmançısı Andrey Celeplə qarşılaşacaq.
Hacıyev də mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıllıqla Georgi Robu (Moldova), İvan Kusyak (Ukrayna) və İslambek Orozbekovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran idmançının finaldakı rəqibi özbəkistanlı İlyas Bekbulatov olacaq.
---------------------------------
Ukraynada keçirilən güləş üzrə Kiyev turnirinin ikinci günündə Azərbaycanın 8 güləşçisi mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, Əhmədnəbi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vaxtından əvvəl qalib gəlib.
Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib.
Rəşad Yusifli yarışa türk həmkarı üzərində inamlı qələbəylə başlayıb.
Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib.
Osman Nurməhəmmədov debütdə Belarus təmsilçisinə sonuncu xal prinsipinə əsasən məğlub olub.
Tatyana Varansova ilk mərhələdə yerli güləşçiyə müqavimət göstərə bilməyib. 53 kq-dakı digər təmsilçimiz Leyla Qurbanova isə moldovalı rəqibinə yenilib.
Tatyana Omelçenko təsnifat mərhələsində Polşa idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda dünya və 3 qat Avropa çempionu olmuş ukraynalı rəqibi ilə bacarmayıb.
Sərbəst güləş
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2
1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0
1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4
FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2
1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3
1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3
FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan)
79 kq
Təsnifat: Rəşad Yusifli – Abdullah Arslan (Türkiyə) 7:1
1/8 final: Rəşad Yusifli - Arman Avaqyan (Ermənistan) 5:10
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Ömərhacı Məhəmmədov (Belarus) 3:3*
125 kq
1/8 final: Vahid Qalayev – Anzor Boltukayev (Rusiya) 5:1
1/4 final: Vahid Qalayev - Kamil Kosçiolek (Polşa) 2:13
Qadın güləşi
53 kq
Təsnifat: Tatyana Varansova – Nataliya Klivçutska (Ukrayna) 2:12
1/8 final: Leyla Qurbanova – Yuliya Leorda (Moldova) 0:6
62 kq
Təsnifat: Tatyana Omelçenko – Katarjina Madrovska (Polşa) 7:2
1/8 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) 3:13