Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə "Turkish Open" beynəlxalq turnirində Azərbaycanı təmsil edən hakim Gündüz Abdullayev mükafat qazanıb.
Sportnet.az-ın məlumatına görə, o, yarışın ən yaxşı hakimi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə 3 medal qazanıb. Milad Beigi Hərçəqani 87 kq çəkidə qızıl, Radik İsayev 87 kq-dan yuxarı çəkidə gümüş, Ayxan Tağızadə isə 74 kq çəki dərəcəsində bürünc medala yiyələnib.