Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını medalsız başa vurub.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.
Eyni çəkidəki Murat Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.
-------------------------------------------------
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, onların hər ikisi kişilərin yarışında çıxış edəcək.
81 kq çəki dərəcəsindəki Zelim Tkçayev 1/64 final mərhələsində Terense Kouamba (Qabon) ilə görüşəcək.
Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.
Dünya çempionatı
83 kq.
1/64 final. Zelim Tkçayev - Terense Kouamba (Qabon)
1/32 final. Zelim Tkçayev - Fetra Ratsimiziva (Madaqasqar)
1/16 final. Zelim Tkçayev - Şarofiddin Boltaboyev (Özbəkistan)
1/32 final. Murad Fətiyev - Elliot Konnoli (Yeni Zelandiya)
1/16 final. Murad Fətiyev - İvaylo İvanov (Bolqarıstan)