
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 130 kq-da çıxış edən Sərxan Məmmədov 3-cü yer uğrunda görüşdə yunanıstanlı Nikolas Ntoniasla üz-üzə gəlib.
Rəqibini 6:1 hesabı ilə məğlub edən Məmmədov 3-cü yeri tutub.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatına 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başlayıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.
-----------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 87 kq-da mübarizə aparan idmançının rəqibi ermənistanlı Gevorq Tadevosyan olub.
6:5 hesablı qələbə qazanan Vəliyev Avropa üçüncüsü olub.
-------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 77 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.
İlk hissədəcə rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
--------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 63 kq-da yer alan idmançı gürcüstanlı Giorgi Şotadze ilə qarşılaşıb.
Rəqibinə 0:3 hesabı ilə uduzan Babaşov gümüş medalla kifayətlənib.