Azərbaycan taekvondoçuları Eyndhoven şəhərindəki açıq Niderland çempionatında 7 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, medallardan 3-ü qızıl, 4-ü bürünc əyarlı olub.
Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl, Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, 40-dək ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarışda Azərbaycanı ümumilikdə 8 taekvondoçu təmsil edib. Onlar
kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında mübarizə aparıblar.










































































