
Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla döyüşünün vaxtı və yeri dəqiqləşib.
Sportnet.az "sports.ru" saytına istinadən xəbər verir ki, qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində keçiriləcək.
Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.