
Kikboksinq üzrə ukraynalı dünya çempionu Sergey Lisyuk minaya düşərək həyatını itirib.
Sportnet.az xəbər verir ki, hadisə Donbassdakı xüsusi hərbi əməliyyat zonasında baş verib.
Əvvəlcə ayağı amputasiya edilən idmançı bir müddət sonra dünyasını dəyişib.
Qeyd edək ki, Sergey Lisyuk kikboksinq üzrə 6 qat dünya çempionu olub.