1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bir günə 3 medal
Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb. Sportnet.az-ın məlumatına görə, turnirin ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıb.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) bütün rəqiblərindən üstün olub. Finalda o, rusiyalı rəqibinə qalib gəlib. Eyni çəkidəki digər güləşçi Vurğun Əliyev 5-ci olub.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) isə 5-ci yerlə kifayətlənib.
Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnir mayın 24-də yekunlaşacaq.