
Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı qızıl medal uğrunda qarşılaşmada qardaş ölkə təmsilçisi İrina Şçukla üz-üzə gəlib. Rəqibinə uduzan Kaspiroviç 2-ci yerlə kifayətlənib.
Səbinə Kərimova və Valeriya Bolşakova isə bürünc medal qazanıblar.
---------------------------------------
Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o yarımfinalda ölkənin digər qılıncoynadanı Səbinə Kərimovaya qalib gəlib.
Kaspiaroviç finalda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Şçuk isə yarımfinalda Valeriya Bolşakovanı yenib.
---------------------------------------
Azərbaycanın üç qılıncoynadanı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, qadın sablyaçıların fərdi yarışında Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova yarımfinala adlayıb.
Bolşakova finala gedən yolda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Kərimova ilə Kaspiaroviç isə bir-birinə rəqib olub.
Yarımfinallar Bakı vaxtı ilə 18:20-də start götürəcək.