1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında daha 2 medal - YENİLƏNDİ
Polşanın Valbrzix şəhərində güləş üzrə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, bu yaş kateqoriyası üzrə ilk dəfə təşkil olunan yarışın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb.
Azərbaycan təmsilçilərindən döşək üzərində çıxan hər 3 qadın güləşçi finala yüksələ bilməyib. Əvəzində təsəlliverici görüşlərə qatılan pəhləvanlarımızdan 2-si bürünc medala sahib olub.
53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub.
63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Qəmbərova Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb.
Gənclər arasında Dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməli idi. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Əliyeva çempionatı beşinci sırada tamamlayıb.
53 kq
1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10
1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)
1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2
Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə 11:12
63 kq
1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5
Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova 0:3
75 kq
1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13
Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN) 2:8
Qeyd edək ki, qadın güləşçilərin ilk yarış günündə yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb. Ümumi sıralamada Azərbaycan komanda hesabında 6-cı olub.