Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadənin formasını geyindiyi “Barselona”nın B komandası “Korneliya” ilə yoldaşlıq görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibinə 3 cavabsız qolla qalib gəlib.
Tağızadə bu matçda yeni komandasının heyətində debüt edib. Görüşün son 30 dəqiqəsində meydana çıxan qolkiper qapısını toxunulmaz saxlaya bilib.
Qeyd edək ki, oyunu "Barselona"nın baş məşqçisi Hans-Diter Flik və klubun idman direktoru Deku da izləyib.