Türkiyənin "Beşiktaş" klubunun qapıçısı Ersin Destanoğlu karyerasını Fransada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, "Foot Mercato" nəşri bu barədə məlumat yayıb.
"Nant" 23 yaşlı qolkiperin keçidində maraqlıdır. Liqa 1 təmsilçisi oyunçunu icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Ersin Destanoğlu 2017-ci ildən İstanbul təmsilçisinin əsas komandasında çıxış edir.