Niderlandın “Ayaks” klubunun futbolçusu Vaut Veqorst UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Sportnet.az xəbər verir ki, klubun rəsmi saytına danışan təcrübəli hücumçu bunları deyib:
“Asan olmadı. Xüsusilə matçın ilk dəqiqələrində təzyiq altında idik. Amma rəqibin qırmızı vərəqə almasından sonra üstünlük bizə keçdi. Təbii ki, hələ də yaxşılaşdırmalı olduğumux nüanslarr var. “Qarabağ”ın oyunçuları daim hakimdən vərəqə tələb edirdilər. Mən uşaqlara dedim ki, bunu müzakirə etməsinlər. Taylora ötürmə verməyimə gəlincə, mən sadəcə, uzaq küncə zərbə vururdum (gülür). Penalti? Mövqe tutmaq və onu qəbul etmək üçün uyğun anı tapmaq lazım idi. Xoşbəxtlikdən hər şey alındı”.