
UEFA Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un yeni transferi Yusuf Yazıcı sıradan çıxıb.
Sportnet.az xəbər verir ki, Yunanıstan çempionatının IX turunun "Asteras"la görüşündə meydana sonradan daxil olan türkiyəli yarımmüdafiəçinin sol ön çarpaz bağları qopub. Onun mövsümü indidən başa vurduğu açıqlanıb. Bu isə o deməkdir ki, Yazıcı "Qarabağ"la görüşdə də meydana çıxmayacaq.
Qeyd edək ki, Pireydə keçiriləcək matç 2025-ci il yanvarın 30-da baş tutacaq.