"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov 2024-cü ildə onun üçün ən yaddaqalan hadisənin UEFA Avropa Liqasında Almaniyanın "Bayer" komandasına qarşı keçirdikləri oyunlar olduğunu bildirib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiper bu barədə TASS-a açıqlamasında deyib.
"Ötən il kifayət qədər məhsuldar, normal olub. 2024-cü ildə ən yaddaqalan hadisələr, yəqin ki, Avropa Liqasındakı oyunlar, konkret desək, "Bayer"ə qarşı matçlar idi", - deyə o bildirib.
Qeyd edək ki, 2024-cü ilin martında UEFA Avropa Liqasının 1/8 finalında Ağdam klubu "Bayer"ə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub. 2023/2024 mövsümündə "Qarabağ"ın heyətində 16 matça çıxan A.Lunyov bunların 5-də qapısını toxunulmaz saxlayıb. O, 2024-cü ilin yayında Moskva təmsilçisi "Dinamo"ya transfer olunub.