"Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliya "Flamenqo"suna keçib.
Sportnet.az "sambaçılar"ın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə 2028-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Juninyo yeni klubunda 23 nöməri forma ilə çıxış edəcək.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.