Monteneqro və Ermənistan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Sportnet.az xəbər verir ki, bununla bağlı hər iki ölkənin futbol federasiyaları arasında razılıq əldə olunub.
Görüş iyunun 9-da olacaq. Matçın yeri və başlama saatı gələcəkdə açıqlanacaq.
Xatırladaq ki, hazırda Monteneqro millisinin iki futbolçusu - Marko Veşoviç və Marko Yankoviç "Qarabağ"da çıxış edir.