UEFA Çempionlar Liqasında VII turun ilk 9 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, yeni formatda keçirilən yarışın lideri İngiltərə "Liverpul"u Fransanın "Lill" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
İspaniya "Barselona"sı isə Portuqaliyada "Benfika" üzərində əzmkar qələbəyə nail olub - 5:4. Lissabon komandasının 3 qolunu Vangelis Pavlidis vurubsa, Kataloniya təmsilçisindən 2 dəfə penalti ilə Robert Levandovski və eyni sayda Rafinya fərqlənib.
"Atalanta" isə İtaliyada Avstriya "Şturm"unu darmadağın edib - 5:0.
UEFA Çempionlar Liqası, VII tur
21 yanvar
21:45. "Monako" (Fransa) - "Aston Villa" (İngiltərə) - 1:0
Qol: Vilfrid Sinqo, 8
21:45. "Atalanta" (İtaliya) - "Şturm" (Avstriya) - 5:0
Qollar: Mateo Retegi, 12. Mario Paşaliç, 58. Şarl De Ketelare, 63. Ademola Lukman, 90. Marko Breşianini, 90+4
00:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 4:5
Qollar: Vangelis Pavlidis, 2; 22; 30. Ronald Arauxo, 68 (öz qapısına) - Robert Levandovski, 13; 78 (hər ikisi penalti ilə). Rafinya, 64; 90+6. Erik Qarsiya, 86
00:00. "Atletiko" (İspaniya) - "Bayer" (Almaniya) - 2:1
Qol: Xulian Alvares, 52; 90 - Pyero İnkapye, 45+1
Qırmızı vərəqələr: Pablo Barrios, 25 - Pyero İnkapye, 76
00:00. "Liverpul" (İngiltərə) - "Lill" (Fransa) - 2:1
Qollar: Məhəmməd Salah, 34. Harvi Elliott, 67 - Conatan Devid, 62
Qırmızı vərəqə: Aissa Mandi, 59 ("Lill")
00:00. "Bolonya" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1
Qollar: Teys Dallinqa, 71. Semüel Aylinq, 72 - Seru Girassi, 15 (penalti ilə)
00:00. "Brügge" (Belçika) - "Yuventus" (İtaliya) - 0:0
00:00. "Slovan" (Slovakiya) - "Ştutqart" (Almaniya) - 1:3
Qollar: İcessi Metsoko, 85 - Ceymi Levelinq, 11; 36. Fabian Rider, 87
00:00. "Srvena Zvezda" (Serbiya) - PSV (Niderland) - 1:3
Qollar: Şerif Ndiaye, 71. Nasser Ciqa, 77 - Lük de Yonq, 17; 24. Rayan Flaminqo, 43
Qırmızı vərəqə: Rayan Flaminqo, 50 (PSV)
Qeyd edək ki, turun qalan 9 görüşü bu gün - yanvarın 22-də keçiriləcək.