
Azərbaycan Premyer Liqasının XXV turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir. O, yubiley matçına qədər 43 qola imza atıb.
Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.
Qeyd edək ki, Mahmudov Premyer Liqada 2017/18 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.