
"Kubok oyunundan sonra 3 gün vaxtımız var idi".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis səhvləri analiz edərək növbəti oyunlara hazırlaşacaqlarını bildirib: "Kubok oyunundan sonra 3 gün vaxtımız var idi.
Komanda olaraq son oyunlarımızı 3-4 gündən bir oynadığımız üçün dinamika baxımından aşağı səviyyədə çıxış etdilər. Çempionatın sonudur.
Ümid edirəm ki, növbəti günlərdə yaxşı dincəlib, səhvlərimizi analiz edib və qarşıdakı oyunlara hazırlaşacağıq".