
İspaniya Futbol Federasiyası “Real Madrid”in müdafiəçisi Antonio Rüdigeri 6 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, alman futbolçu “Barselona” ilə İspaniya Kubokunun final oyununda texniki zonada olarkən hakimə buz atıb.
Daha sonra o, qırmızı vərəqəyə məhəl qoymayıb və hakimə yaxınlaşmağa cəhd edib. Həmin oyunda qırmızı vərəqə alan “Real”ın daha bir futbolçusu Lukas Vaskes iki oyunluq cəzalandırılıb.
O, əvəzləndikdən sonra meydana çıxıb və hakimin qərarlarına etiraz edib.
“Real”ın yarımmüdafiəçi Cud Bellingem isə final fitindən sonra hakimə qarşı kobud davranışa görə qırmızı vərəqə alımışdı. Federasiya ingilis futbolçunun vərəqəsini ləğv edərək, onu cəzalandırmayıb.
Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyacaq Rüdigerə 6 oyunluq cəza çox da təsir etməyəcək.