
AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında XXXII turun oyunlarında yaşanan olaylara hüquqi qiymət verilib.
Sportnet.az xəbər verir ki, “Zirə” ilə ev oyununda “Kəpəz” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə təmsilçisi 1000 manat cərimələnib.
“Araz-Naxçıvan”la ev oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.