
Türkiyə millisinin futbolçusu Merih Demiral Səudiyyə Ərəbistanının "Əl Əhli" komandasının heyətində böyük nailiyyətə imza atıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Asiya Çempionlar Liqasını qazanan ilk türk oyunçu kimi tarixə düşüb.
Demiral final qarşılaşmasında Yaponiyanın "Kavasaki Frontale" klubuna qarşı 90 dəqiqə forma geyinib.
Oyun "Əl Əhli"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, Merih Demiral əvvəllər "Yuventus"un heyətində İtaliya çempionluğu, ölkə kuboku və Super Kubokunu qazanıb.