
Məşhur astroloq Meni Vidente ABŞ-nin “İnter Mayami" klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokutso ilə tezliklə ayrılacaqlarını deyib.
Sportnet.az xəbər verir ki, bu barədə kubalı astroloq "La Repubblica" nəşrinə müsahibəsində bildirib.
Astroloq Messinin başqa qadınla münasibətdə olduğunu, Rokutsonun isə tezliklə başqa kişi ilə münasibət quracağını iddia edir.
Antonelanın vəziyyətini təsvir edən Vidente bunları deyir: “O, daha Messiyə dözə bilmir”.
Qeyd edək ki, Meni Vidente dəqiq təxminlərinə görə ölkəsində yüksək nüfuza malikdir. Lİonel Messi - Antonela Rokutso cütlüyü isə uşaqlıq illərindən birlikdədir. Onların üç övladı var.